Xızıda avtomobil aşdı

Xızıda avtomobil aşdı Xızıda yol qəzasıbaş verib.
Hadisə
20 İyul , 2020 15:31
Xızıda avtomobil aşdı

Xızı rayonunda yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə rayon mərkəzinin girişinə yaxın ərazidə qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Opel" markalı avtomobil "Toyota Prado" markalı avtomobilin yoluna çıxıb. Daha sonra "Toyota Prado" markalı avtomobil isə manevr edərək idarəetməni itirib və yoldan kənara çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi