Xızıda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-2

Xızıda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-2 Xızı rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı 4 nəfər ölüb.
Hadisə
2 Noyabr , 2019 01:00
Xızıda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-2

Xızı rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı 4 nəfər ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, ölənlərin hamısının şəxsiyyəti məlumdur. Qəza zamanı həmçinin Xaçmaz rayon Qarabağlı kənd sakini, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və nəvəsi Sevgi Vəliyeva xəsarət alıblar. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

4 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


*** 00:26

Xızı rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölənlərdən ikisinin şəxsiyyəti məlum olub.

"Report"un məlumatına görə, bunlar - 1979-cu il təvəllüdlü Quliyev Səbuhi Çingiz oğlu və onun həmyaşıdı İsmayılov Hüseyn Səfərəli oğludur. 

Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xızı rayon şöbəsinə yerləşdirilib. 


*** 23:01

Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki,  rayon ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri, hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə zamanı bir neçə nəfərin öldüyü bildirilir.

Əlavə məlumat veriləcək. 


Son xəbərlər

Orphus sistemi