Xızıda 45 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 45 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 54.78 ha ərazi yoxlanılıb
Hadisə
1 Sentyabr , 2017 01:46
Xızıda 45 ədəd partlamamış hərbi sursat aşkar edilib
Foto: ANAMA

Bakı. 1 sentyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan "Report"a verilən məlumata görə, avqustun 31-də hərbi hissənin ətrafına, 12 evin həyatyanı sahəsinə, 1 su stansiyasının yaxınlığına, 1 ferma ərazisinə, 2 otlaq sahəsinə və eko-turizmin həyətinə baxış keçirilib, 45 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd partlamış-yanmış raketin qalıqları, 108 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 547 800 kv.m (54.78 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 5 gün ərzində 11 ev, 28 evin həyatyanı sahəsinə, 4 ferma ərazisinə, 2 əkin sahəsinə, 4 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, eko-turizmin həyətyanı sahəsinə, yol kənarına baxış keçirilib, 5 408 915 kv. m (540.9 ha) əraziyə yoxlanılıb, 295 ədəd partlamamış hərbi sursat, 336 ədəd partlamış-yanmış sursat qalıqları və 457 kq yandırma aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 2 318 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi