Xızıda 4 müxtəlif evdən 2 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 4 müxtəlif evdən 2 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 1 140 kv.m ərazi yoxlanılıb
Hadisə
1 Oktyabr , 2017 03:05
Xızıda 4 müxtəlif evdən 2 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) keçirdiyi təmizləmə əməliyyatı davam edir.

ANAMA-dan "Report"a verilən məlumata görə, sentyabrın 30-da yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 183 evdə mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb, 4 müxtəlif evdən 2 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 1 140 kv.m ( 0.11 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 34 gün ərzində 14 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 36 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 10 625 ədəd partlamamış hərbi sursat (PHS), 4 372 ədəd partlamış-yanmış sursat qalıqları və 19 248 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 40 061 228 kv.m (4 006 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 7 657 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi