Xızı sakinində narkotik aşkarlanıb

Xızı sakinində narkotik aşkarlanıb Xızı sakinindən narkotik götürülüb.
Hadisə
30 Yanvar , 2021 11:12
Xızı sakinində narkotik aşkarlanıb
Oqtay Nəcəfov

Xızı rayon sakinindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Sitalçay kənd sakini Oqtay Nəcəfov kənd ərazisində tutulub.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı O.Nəcəfovdan sellofan torbada təmiz çəkisi 490 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı O.Nəcəfov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi