Xızı sakini armaturla döyülüb

Xızı sakini armaturla döyülüb Xızı rayonunda 49 yaşlı kişi qohumu tərəfindən armaturla döyülüb.
Hadisə
14 Avqust , 2021 12:55
Xızı sakini armaturla döyülüb

Xızı rayonunda 49 yaşlı kişinin qohumu tərəfindən armaturla döyüldüyü bildirilir.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sitalçay kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Hüseynbala Məmmədəli oğlu Bağırova bacısının qaynı tərəfindən xəsarətlər yetirildiyi ehtimal olunur.

Xızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən H.Bağırova səthi travmalar, başın açılmış-kəsilmiş yarası diaqnozları qoyulub.

Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi