Xızı polisi qara görə gücləndirilmiş iş rejiminə keçdi

Xızı polisi qara görə gücləndirilmiş iş rejiminə keçdi Köməyə ehtiyacı olan vətəndaşlara bütün lazımi köməkliklər göstərilir
Hadisə
308
12 Mart , 2021 16:35
Xızı polisi qara görə gücləndirilmiş iş rejiminə keçdi
0 : 00
0 : 00

Xızıya qarın yağması ilə əlaqədar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.

Rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktik söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumat verilir.

Bundan əlavə şöbə əməkdaşları qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət edir, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün lazımi köməklikləri göstərirlər.

Son xəbərlər

Orphus sistemi