Bakı. 7 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “Xırman” MMC-nin ərazisində yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində şirkətin lavaş bişirmə sexinin dam örtüyü yanıb.
Sexin içərisində olan avadanlıqlar, bitişik tikililər və sexin yaxınlığında olan 10 ton yanacaqla dolu çən yanğından mühafizə olunub. Yanğın söndürülüb.