Xırdalanda yol patrul xidmətinin əməkdaşları qəzaya uğrayıb

Xırdalanda yol patrul xidmətinin əməkdaşları qəzaya uğrayıb Yol patrul xidmətinin əməkdaşının vəziyyəti orta ağır qiymətləndirilir
Hadisə
112
18 Dekabr , 2014 05:13
Xırdalanda yol patrul xidmətinin əməkdaşları qəzaya uğrayıb

Bakı. 18 dekabr. REPORT.AZ/Abşeron rayonunda Yol patrul xidmətinin əməkdaşları qəzaya uğrayıb. "Report" xəbər verir ki, hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb.

Hadisə ötən gün təxminən saat 23 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində baş verib.

25 yaşlı Yusifzadə Tural Elşad oğlu xidməti vəzifəsinin yerinə yetirən zaman idarə etdiyi iş maşını ilə qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan Tural Yusifzadə Təcili tibbi yardım maşını ilə Bakıdaki 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tərəfindən yardım göstərilib.

Müayinədən sonra palataya yerləşdirilən Yol patrul xidmətinin əməkdaşının vəziyyəti orta ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi