Xırdalanda yeznəsini bıçaqlayan gəncin məhkəməsi başlayıb

Xırdalanda yeznəsini bıçaqlayan gəncin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Yavər Məlikməmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
18 Oktyabr , 2019 12:38
Xırdalanda yeznəsini bıçaqlayan gəncin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Yavər Məlikməmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 25-nə təyin edilib.

Hadisə bu ilin iyulun 21-də baş verib. Quba rayon sakini, 2001-ci il təvəllüdlü Yavər Məlikməmmədov yeznəsi, 1991-ci il təvəllüdlü Ramin Muradxanov ilə sonununcunun yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində mübahisə ediblər. Aralarında yaranmış ailə münaqişəsi zəminində Yavər Məlikməmmədov bacısının ərini bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Ramin Muradxanovla xanımı arasında baş verən mübahisəyə ailə üzvləri də qarışıb. Bu zaman mübahisə zəminində Ramin Muradxanov 18 yaşlı qaynı Yavər tərəfindən bıçaqlanıb.

Yavər Məlikməmmədov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır zərər vurma) və 228-ci (soyuq silah saxlama) maddəsi ilə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi