Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib Xırdalanda yaşayış binasında yanğın olub.
Hadisə
25 May , 2022 11:51
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Xırdalanda yaşayış binasında baş vermiş yanğın söndürülüb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub və alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Sakinlər binadan təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edək ki, hadisəyə elektrik qutusundakı qısaqapanma səbəb olub.

11.28

Xırdalanda yaşayış binasında yanğın başlayıb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub. Sakinlər binadan təxliyə edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İlkin məlumata görə, hadisəyə elektrik qutusundakı qısaqapanma səbəb olub.

Son xəbərlər

Orphus sistemi