Xırdalanda reyd keçirildi, 80 sürücü cərimələndi

Xırdalanda reyd keçirildi, 80 sürücü cərimələndi Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maariflənd
Hadisə
14 Sentyabr , 2020 12:08
Xırdalanda reyd keçirildi, 80 sürücü cərimələndi
0 : 00
0 : 00

Abşeron Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis (DYP) Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, reyd zamanı avtobuslarda və taksilərdə maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisləri tərəfindən müəyyən edilərək cərimələniblər.

Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.

Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.

Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Xırdalan şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.

Reyd zamanı həmçinin Xırdalan şəhərində avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan və bununla da  sıxlığın yaranmasına səbəb olan sürücülər barəsində də protokollar tərtib edilib.

Tədbir zamanı ümumilikdə epidemiya qaydalarını pozan 30-dan artıq şəxs, dayanma-durma qaydalarına əməl etməyən 80 sürücü cərimələnib.

Qeyd edək ki, Abşeron rayonunda polislər tərəfindən belə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi