Xırdalanda qətl törədən yeniyetmə saxlanılıb

Xırdalanda qətl törədən yeniyetmə saxlanılıb Xırdalanda qətl törədən yeniyetmə saxlanılıb.
Hadisə
24 Dekabr , 2019 13:01
Xırdalanda qətl törədən yeniyetmə saxlanılıb

Xırdalanda qətl törədən yeniyetmə saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 22-də saat 23 radələrində Xırdalan şəhəri 28 May küçəsindən Bakı şəhər sakini Fikrət Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi