Xırdalanda motosiklet piyadanı vurdu

Xırdalanda motosiklet piyadanı vurdu Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2040
16 Avqust , 2020 22:50
Xırdalanda motosiklet piyadanı vurdu

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Yolu keçən 1992-ci il təvəllüdlü Məmmədov Nurlan Qədir oğlunu hərəkətdə olan motosiklet vurub. Zərbənin təsirindən ağır bədən xəsarətləri alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi