Xırdalanda mənzildən 82 yaşlı kişinin meyiti tapılıb

Xırdalanda mənzildən 82 yaşlı kişinin meyiti tapılıb Qəmbər Məmmədovun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib
Hadisə
30 Noyabr , 2016 23:30
Xırdalanda mənzildən 82 yaşlı kişinin meyiti tapılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Xırdalan şəhərində mənzildən meyit tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Məmmədov Qəmbər İsgəndər oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:20-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi