Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub Elektrik kabellərinin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
26 Mart , 2015 15:24
Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. 26 mart. REPORT.AZ/ Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasının şaxtasında yanğın olub. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 6-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb. Elektrik kabellərinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi