Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Xırdalan şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
22 İyun , 2019 12:18
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Xırdalan şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Balakən rayon sakini, Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 45 yaşlı Vahid Əli oğlu Hüseynovu vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


*** 11:36

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər veririr ki, yolu qarşı tərəfə keçmək istəyən, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişini avtomobil vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi