Xırdalanda avtomobil dayanacaqda dayanan piyadanı vurdu

Hadisə
  • 21 iyul, 2021
  • 04:46
Xırdalanda avtomobil dayanacaqda dayanan piyadanı vurdu

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Xırdalan şəhərində qeydə alınıb.

Minik avtomobili avtobus dayanacağında dayanan 1963-cü il təvəllüdlü Həsənova Arzu Faiq qızını vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.