Xırdalan şəhərində intihara cəhdin qarşısı alınıb

Xırdalan şəhərində intihara cəhdin qarşısı alınıb Bakı. 30 sentyabr. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində intihara cəhdin qarşısı alınıb.
Hadisə
30 Sentyabr , 2018 03:41
Xırdalan şəhərində intihara cəhdin qarşısı alınıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində intihara cəhdin qarşısı alınıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər kişi dördmərtəbəli tikilinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Son xəbərlər

Orphus sistemi