Xırdalanda fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB-3

Hadisə
  • 12 iyun, 2025
  • 14:07
Xırdalanda fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB-3

Xırdalanda baş vermiş yanğın tam söndürülüb.

"Report"un məlumatına görə, FHN qüvvələri yanğının daha geniş sahəyə yayılmasına imkan verməyib.

13:51

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

13:38

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

"Report"un məlumatına görə, hazırda qüvvələr tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

12:37

Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Xırdalanda fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB-3

Son xəbərlər

Bütün Xəbər Lenti