Xırdalan şəhərində 1 ədəd top mərmisi aşkarlanıb

Xırdalan şəhərində 1 ədəd top mərmisi aşkarlanıb Bakı. 5 iyul. REPORT.AZ/ Ötən gün saat 21:39-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Hadisə
5 İyul , 2018 00:55
Xırdalan şəhərində 1 ədəd top mərmisi aşkarlanıb

Bakı. 5 iyul. REPORT.AZ/ Ötən gün saat 21:39-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş prospektdə məişət tullantıları ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 115 mm-lik top mərmisi (boş) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi