Xırdalan sakini qeyri-rəsmi nikahda olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb

Xırdalan sakini qeyri-rəsmi nikahda olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb Bakı. 30 iyun. REPORT.AZ/ Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb.
Hadisə
30 İyun , 2018 12:57
Xırdalan sakini qeyri-rəsmi nikahda olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb

Bakı. 30 iyun. REPORT.AZ/ Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub. 

Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmar aparılır.

Son xəbərlər

Orphus sistemi