Yuxarı

Xınalıqda qar məktəb binasının damını çökdürüb - FOTO

Quba-Xınalıq yolu 6 gündür bağlıdır

Bakı. 4 yanvar. REPORT.AZ/ Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb. “Report”un xəbərinə görə, buna səbəb güclü qar yağmasıdır. Hadisə qeyri-dərs gününə təsadüf etdiyindən xəsarət alan olmayıb.

Məktəbin direktoru Ənvər Məmmədov “Report”a deyib ki, damın təxminən 20 faizi çöküb: “Bu, son 10 ilin ən güclü qarıdır”.

Qeyd edək ki, Quba-Xınalıq yolu 6 gündür bağlıdır. Son bir ayda həmin yol güclü qar yağması səbəbindən beş dəfə bağlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi