XİN-in Konsulluq İdarəsinin rəisi məhkəməyə gətirilib- YENİLƏNİB

XİN-in Konsulluq İdarəsinin rəisi məhkəməyə gətirilib- YENİLƏNİB Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Hadisə
10 İyul , 2020 16:35
XİN-in Konsulluq İdarəsinin rəisi məhkəməyə gətirilib- YENİLƏNİB

Faiq Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Səbail Rayon Məhkəməsinə gətirlib. 

"Report" xəbər verir ki, məhkəmə onunla bağlı təqdimata baxacaq. 

***

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrilyi ilə baxılacaq.

F.Bağırov mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət alma əməllərində təqsirləndirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi