Kürdə batan 20 yaşlı oğlanın meyiti 8 gün sonra tapılıb - YENİLƏNİB

Kürdə batan 20 yaşlı oğlanın meyiti 8 gün sonra tapılıb - YENİLƏNİB Tovuz. 6 sentyabr. REPORT.AZ/ Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.
Hadisə
6 Sentyabr , 2018 15:50

Tovuz. 6 sentyabr. REPORT.AZ/ Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

"Report"un bölgə müxbirinin xəbərinə görə, meyit gəncin ailəsinə təhvil veriləcək.


*** 14:56

Bakı. 6 sentyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışlarını aparan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkarlayıblar.

Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür.

Bu il avqustun 29-da suda batdığı ehtimal olunan E.Quliyevin axtarışları isə davam etdirilir.

Son xəbərlər

Orphus sistemi