Bakıda “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı cinayət işi başlanıb

Bakıda “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı cinayət işi başlanıb Nəsimi rayon prokurorluğunun məlumatı
Hadisə
20 Fevral , 2024 17:00
Bakıda “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı cinayət işi başlanıb

Paytaxtın Nəsimi rayonu ərazisində “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə "Report"a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Rayon prokurorluğunda aparılan araşdırmalarla müəyyən olunub ki, fevralın 12-də “Azəriqaz”ın əməkdaşları Aqşin Muradlı və Ayxan Abazərlinin Nəsimi rayonu, İ.Qasımov küçəsi ünvanında yerləşən mənzillərdə birində qaz sayğacından gələn borulara baxış keçirərkən həmin mənzildə yaşayan Fuad Məmmədov onlara zor tətbiq edib.

Fuad Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında ev dustaqlığı qətimkan tədbiri seçilib.

Fakta bağlı Nəsimi Rayon Prokurorluğunda istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi