Soyad sonluğuna “bəyli”, "xanlı" sözlərini necə əlavə etmək olar?

Soyad sonluğuna “bəyli”, "xanlı" sözlərini necə əlavə etmək olar? "Milli Məclisin qərarına əsasən soyad sonluqları “ov”, “yev” olan şəxslər “lı, li, lu, lü”, “zadə”, “oğlu”, “qızı” ilə, yaxud sonluqsuz şəklində dəyişdirə bilərlər".
Hadisə
1797
14 Avqust , 2020 12:48
Soyad sonluğuna “bəyli”, xanlı sözlərini necə əlavə etmək olar?

"Milli Məclisin qərarına əsasən soyad sonluqları “ov”, “yev” olan şəxslər “lı, li, lu, lü”, “zadə”, “oğlu”, “qızı” ilə, yaxud sonluqsuz şəklində dəyişdirə bilərlər".

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, soyad sonluğunun “bəyli”, “xanlı” və s. şəklində dəyişdirilməsi qanunvericiliklə nəzərdə tutulmayıb: "Amma bütün hallarda vətəndaşların bununla bağlı məhkəməyə müraciət etmək hüququ var. Əgər müvafiq qətnamə çıxarılarsa, qeydiyyat şöbəsi tərəfindən icra ediləcək”.

Son xəbərlər

Orphus sistemi