Yuxarı
    Bağlamaq

    Xəzərin Azərbaycan sektorunda ardıcıl ikinci zəlzələ baş verib

    Yeraltı təkanlar 3 bal gücündə qeydə alınıb

    Bakı. 30 yanvar. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda növbəti dəfə zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla yanvarın 29-da saat 22:20-də 3 bal gücündə qeydə alınıb.

    Zəlzələ hiss olunmayıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

    Yanvarın 29-da ilk yeraltı təkanlar yerli vaxtla saat 13:06-da 3,3 bal gücündə qeydə alınmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi