Bakı. 30 mart. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Təkanlar yerli vaxtla saat 23:45-də Xəzər dənizində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.3, dərinliyi 45 km olub.
Zəlzələ hiss olunmayıb.