Xəzərdə taxta qayıqda köməksiz vəziyyətdə qalan 2 balıqçı xilas olunub - YENİLƏNİB

Xəzərdə taxta qayıqda köməksiz vəziyyətdə qalan 2 balıqçı xilas olunub - YENİLƏNİB Bakı. 27 noyabr. REPORT.AZ/ Xəzər dənizində taxta qayıqda köməksiz vəziyyətdə qalan 2 balıqçı xilas olunub.
Hadisə
27 Noyabr , 2018 14:06
Xəzərdə taxta qayıqda köməksiz vəziyyətdə qalan 2 balıqçı xilas olunub - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ Xəzər dənizində taxta qayıqda köməksiz vəziyyətdə qalan 2 balıqçı xilas olunub.

Bu barədə "Report"a FHN-dən bildirilib. 

Balıqçıların olduğu qayıq nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən yedəyə alınaraq sahilə gətirilib.


*** 12:21

Xəzər dənizində 2 balıqçı köməksiz vəziyyətdə qalıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Eyni zamanda Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb. 

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi