Nəhmət Quliyev: "Xəzərdə İran gəmisinin batmasına ağır yük və fırtınalı hava şəraiti səbəb olub" - VİDEO

Nəhmət Quliyev: "Xəzərdə İran gəmisinin batmasına ağır yük və fırtınalı hava şəraiti səbəb olub" - VİDEO Bu gün Xəzərin Azərbaycan sahilində batan İran İslam Respublikasına məxsus “Şəbahəng” quru-yük gəmisinin xilas edilmiş heyət üzvləri Bakıya gətirilib. Gəminin batmasına ağır yük və fırtınalı hava şəraiti ilkin səbəb kimi göstərilir.
Hadisə
26 İyul , 2019 22:44
Nəhmət Quliyev: Xəzərdə İran gəmisinin batmasına ağır yük və fırtınalı hava şəraiti səbəb olub - VİDEO

Bu gün Xəzərin Azərbaycan sahilində batan İran İslam Respublikasına məxsus “Şəbahəng” quru-yük gəmisinin xilas edilmiş heyət üzvləri Bakıya gətirilib. Gəminin batmasına ağır yük və fırtınalı hava şəraiti ilkin səbəb kimi göstərilir.

Bunu “Report”a açıqlamasında gəminin heyət üzvlərinin xilas edilməsində iştirak edən Azərbaycan sərhəd gözətçi gəmisinin komandiri, üçüncü dərəcəli kapitan Nəhmət Quliyev deyib.

"Gəmi dövlət sərhədinin mühafizəsində olarkən Baş Komanda Nəzarət Mərkəzi tərəfindən gəmiyə İran İslam Respublikasına məxsus “Şəbahəng” quru-yük gəmisinin batması barədə SOS siqnalı daxil olub. Tərəfimdən dərhal hadisə yerinə - Lənkəran reydinə hərəkət edildi, İrana məxsus “Şəbahəng” gəmisinin 9 nəfərdən ibarət heyəti tam tərkibdə xilas edildi və gəmiyə gətirilərək, onlara ilkin tibbi yardım göstərildi. Fırtınalı hava şəraitinə baxmayaraq, dost, qonşu dövlətin gəmisinin şəxsi heyətini xilas etdiyim üçün özümü xoşbəxt hiss edirəm".

Gəmi kapitanı “Şəbahəng”in qəzaya uğramasına yükün ağır və havanın isə fırtınalı olmasının ilkin səbəb kimi göstərildiyini deyib:

"Həmin gəmi tamamilə batdı. Hadisə zamanı xəsarət alan olmadı. Qəzaya ilkin səbəb kimi gəmidə ağır yükün olması və fırtınalı hava şəraiti göstərilir. Heyət üzvlərindən 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır".

Son xəbərlər

Orphus sistemi