Yuxarı

​Xəzərdə batma təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib

Hadisə Lənkəran şəhərində qeydə alınıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Lənkəran şəhərində bədbəxt hadisənin qarşısı alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən şəhərin Az-rıb qəsəbəsində motorlu qayıqla dənizə çıxmış 2 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-in dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi