Xəzərdə 4 balıqçı itkin düşüb

Xəzərdə 4 balıqçı itkin düşüb Azərbaycanda 4 balıqçı itkin düşüb.
Hadisə
8 Oktyabr , 2019 16:44
Xəzərdə 4 balıqçı itkin düşüb

Azərbaycanda 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən "Report"a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-i gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi