"Xəzər" TV-nin xanım aparıcısı studiyada yıxılaraq ağır xəsarət alıb

"Xəzər" TV-nin xanım aparıcısı studiyada yıxılaraq ağır xəsarət alıb Bədbəxt hadisə "Xəzər Xəbər"in 15:00 buraxılışdan sonra baş verib
Hadisə
2 Fevral , 2018 08:50
Xəzər TV-nin xanım aparıcısı studiyada yıxılaraq ağır xəsarət alıb

Bakı. 2 fevral. REPORT.AZ/ "Xəzər" televiziyasının aparıcısı studiyada yıxılaraq ağır xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra baş verib.

1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada efirdən sonra yıxılıb. Nəticədə xəsarət alan aparıcı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun qapalı kəllə-beyin travması aldığını müəyyən ediblər. Aparıcıya lazımi tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi