Xəzər rayonunda yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb

Xəzər rayonunda yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb Hadisənin baş vermə səbəbləri araşdırılır
Hadisə
28 Noyabr , 2014 13:28
Xəzər rayonunda yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda yaşayış evində partlayış baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Mavidə Əliyevanın evində qaz balonunun sızması nəticəsində, ani partlayış olub. Nəticədə evin 6 kvadratmetrlik sahəsi yanıb. Buna baxmayaraq, dağıntı qeydə alınmayıb. Yanıq xəsarəti alan Mavidə Əliyeva xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi