Bakı. 24 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunda yanğın hadisəsi baş verib.
"Report" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan bir mərtəbəli 4 otaqlı evin yanar konstruskiyaları yanmışdır. Qonşu evlər yanğından mühafizə olunmuşdur.
Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.