FHN: Bakıda ticarət mərkəzində tüstülənmə müşahidə edilir, binadakı insanlar təxliyə edilib

FHN: Bakıda ticarət mərkəzində tüstülənmə müşahidə edilir, binadakı insanlar təxliyə edilib Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xəzər rayonunda fəaliyyət göstərən üçmərtəbəli ticarət mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
18 May , 2019 21:20
FHN: Bakıda ticarət mərkəzində tüstülənmə müşahidə edilir, binadakı insanlar təxliyə edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xəzər rayonunda fəaliyyət göstərən üçmərtəbəli ticarət mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur). Binada olan insanlar təxliyə edilib

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi