Xəzər rayonunda gözdən əlilin evi yanıb - FOTOLAR - VİDEO - YENİLƏNİB

Xəzər rayonunda gözdən əlilin evi yanıb - FOTOLAR - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
3 Avqust , 2019 15:12
Xəzər rayonunda gözdən əlilin evi yanıb - FOTOLAR - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***14:07

Bakının Xəzər rayonunda fərdi yaşayış evi yanıb.

"Report"un xəbərinə görə, hadisə dünən axşam saatlarında rayonun Şüvəlan qəsəbəsi, Levstarçuk küçəsi, mənzil 7 ünvanında baş verib.

Belə ki, 1959-cu il təvəllüdlü Yediyarov Əsəd Əhəd oğluna məxsus 170 m2 yaşayış mənzili tamamilə yanıb. Ev sahibi yanğınsöndürənlərin hadisə yerinə gec gəldiyini və bu səbəbdən evin tamamilə yandığını bildirib.

İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Qeyd edək ki, evdə 6 nəfər yaşayırmış, evin sahibi Ə.Yediyarov gözdən əlil, onun həyat yoldaşı Zərnişan Yediyarova isə insult xəstəsidir.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi