Xəzər rayonunda avtomobil piyadanı vurub

Hadisə
  • 20 iyul, 2023
  • 22:13
Xəzər rayonunda avtomobil piyadanı vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, 2002-ci il təvəllüdlü Əlizadə Rauf Müşfiq oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.