​Xəzər rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

​Xəzər rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib Qəzanın yüksək sürət və yolun qaranlıq olması səbəbindən baş verməsi məlum olub
Hadisə
11 Dekabr , 2014 05:26
​Xəzər rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib
Bakı. 11 dekabr. REPORT.AZ/ Gecə saatlarında Xəzər rayonu Türkan qəsəbəsində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, şəhər istiqamətində hərəkət edən "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Həciyev Saxəddin idarəetməni itirib.

Nəticədə avtomobil arxadan yol kənarında dayanan “MAZ" markalı yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən maşın deformasiyaya uğrayıb.

Hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin xilasediciləri xüsusi alət və avadanlıqların köməkliyi ilə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinlər 37 yaşlı Qüdrət İsgəndərov və 21 yaşlı Cəlal İbiyevin meyitini çıxardaraq aidiyyatı üzrə təhvil veriblər. Qəza nəticəsində həmçinin, 21 yaşlı Vüqar Hüseynov xəsarət alıb.

İlkin araşdırmalar nəticəsində qəzanın yüksək sürət və yolun qaranlıq olması səbəbindən baş verməsi məlum olub. Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi