Bakı. 11 mart. REPORT.AZ/ Bakı şəhəridə ümumi sahəsi 90 kv.m olan bir mərtəbəli 3 otaqlı evinin yanar konstruksiyası və ev əşyaları yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Bildirilir ki, yaxınlıqdaki tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.