Xəzərdə 3 evdən 6 min manatlıq oğurluq edilib

Xəzərdə 3 evdən 6 min manatlıq oğurluq edilib Oğurluğa görə tutulan şəxsin digər əməlləri aşkar olunub
Hadisə
10 Fevral , 2021 12:40
Xəzərdə 3 evdən 6 min manatlıq oğurluq edilib

Bakıda oğurluğa görə tutulan şəxsin digər əməlləri aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan T.Mirələmovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsininin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Onun rayon ərazisindəki 3 evdən ümumilikdə 6 000 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi