Bakı. 29 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ baş verib.
“Report” AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar 3,1 bal gücündə olub.
İlkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:58-də Xəzərin 37 km. dərinliyində qeydə alınıb və hiss olunmayıb.