Xəzər dənizinə düşən şəxs xilas edilib

Xəzər dənizinə düşən şəxs xilas edilib Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xəzər dənizində boğulma təhlükəsi ilə üzləşən vətəndaşı xilas edib.
Hadisə
10 Sentyabr , 2019 17:12
Xəzər dənizinə düşən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xəzər dənizində boğulma təhlükəsi ilə üzləşən vətəndaşı xilas edib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi