Bakı. 3 yanvar. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.
"Report"un AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzininin saytına istinadən verdiyi məlumata görə, zəlzələ yanvarın 2-də yerli vaxtla saat 09:15-də Nardarandan 130 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3.4 və 35 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.