Xəzər dənizində yerləşən stasionar dəniz özüllərindəki işçilər təxliyə edilib

Xəzər dənizində yerləşən stasionar dəniz özüllərindəki işçilər təxliyə edilib Fövqəladə Hallar Nazirliyinə əlverişsiz hava şəraiti ilə əlaqədar Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərindəki işçilərin təxliyə edilməsi zərurətinin yaranması barədə məlumat daxil olub.
Hadisə
21 Noyabr , 2023 17:34
Xəzər dənizində yerləşən stasionar dəniz özüllərindəki işçilər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinə (FHN) əlverişsiz hava şəraiti ilə əlaqədar Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərindəki işçilərin təxliyə edilməsi zərurətinin yaranması barədə məlumat daxil olub.

"Report" xəbərinə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi cəlb olunub.

Həyata keçirilən operativ əməliyyat nəticəsində ümumilikdə 26 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi