Sumqayıt bulvarında 2 nəfər dənizə düşüb, biri xilas olunub - YENİLƏNİB

Sumqayıt bulvarında 2 nəfər dənizə düşüb, biri xilas olunub - YENİLƏNİB Xəzər dənizində qadın batıb.
Hadisə
26 İyun , 2024 19:02
Sumqayıt bulvarında 2 nəfər dənizə düşüb, biri xilas olunub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

17:50

Xəzər dənizində qadın batıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə dənizin Sumqayıt sahilində baş verib.

Qadının axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi