Xaçmazda dənizdə batan iki gəncin meyiti tapılıb
- 12 avqust, 2022
- 19:11
Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) batan Quba rayonu, Gəray kənd sakini, 2004-cü il təvəllüdlü Məmmədov Məhəmməd Vaqif oğlu və Püstəqasım kənd sakini, 1996-cı il təvəllüdlü Nəzirov Eşqin Elçin oğlunun cəsədi tapılıb.
“Report”un un Şimal bürosu xəbər verir ki, gənclərin meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
19:31
Xəzər dənizində daha iki nəfər batıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
19:04
Xəzər dənizində iki nəfər batıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.