Xəzər dənizində batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Xəzər dənizində batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB Xəzər dənizinin Astara rayonu ərazisində batan şəxsin meyiti tapılıb.
Hadisə
23 İyul , 2019 20:53
Xəzər dənizində batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Xəzər dənizinin Astara rayonu ərazisində batan şəxsin meyiti tapılıb.

 "Report"un Cənub Mərkəzi xəbər verir ki, boğulan şəxs 2003-cü il təvəllüdlü İsmayılov Sahib Rauf oğludur.

S.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


***18:01

Xəzər dənizinin Astara rayonu ərazisində bir nəfər batıb. 

"Report"unCənub Mərkəzi xəbər verir ki,  Astara rayonunda dənizdə qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi