Xəzər dənizində bir nəfər boğulub, bir nəfər xilas edilib

Xəzər dənizində bir nəfər boğulub, bir nəfər xilas edilib Bakı. 29 iyul. REPORT.AZ/ Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Hadisə
29 İyul , 2018 18:43
Xəzər dənizində bir nəfər boğulub, bir nəfər xilas edilib

Bakı. 29 iyul. REPORT.AZ/ Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1 nəfəri xilas edib. 1993-cü il təvəllüdlü İsrafilov Ceyhun Musa oğlunun cəsədi isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi